"Bayer"in Bakıda açıq məşqi və mətbuat konfransı keçirilməyəcək
05.03.2024 - 13:10
"Bayer"in Bakıda açıq məşqi və mətbuat konfransı keçirilməyəcək

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Bayer” (Almaniya) oyunundan öncə təşkil ediləcək mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.

Klubun mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı martın 6-sı saat 13:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 17:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da keçiriləcək.

Qonaq komandanın Bakıda açıq məşqi və mətbuat konfransı keçirilməyəcək.

Media mənsubları media biletlərini və akkreditasiyalarını martın 6-sı saat 10:30-dan 12:30-dək Tofiq Bəhramov adına Respublika stadionunun media mərkəzindən götürə bilərlər.

Qeyd edək ki, martın 7-də keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0