Fred Vanvlit və Dillon Bruks “Hyuston”a keçir
29.06.2023 - 22:43
Fred Vanvlit və Dillon Bruks “Hyuston”a keçir

NBA-da “Hyuston” iki basketbolçu ilə güclənəcək.

Apasport.az saytı xəbər verir ki, Fred Vanvlit və Dillon Bruksla müqavilə imzalanacaq.

Hər iki basketbolçu bir gün sonra sərbəst status alacaq. Vanvlit “Toronto”nun illik 22,8 milyonluq təklifini rədd edib. Onun “Hyuston”la 30 milyon dollarlıq razılaşma əldə etdiyi bildirilir. “Memfis”dən ayrılacaq Bruks isə yeni klubunda illik 12 milyon dollarlıq maaş alacaq.

Qeyd edək ki, “Hyuston” növbəti mövsümdə pley-offda çıxış edəcək komanda qurmağı planlayır.
 

writer photo
Əlirza Əlirzalı
0