Lerikdə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə çempionat
03.08.2022 - 16:21
Lerikdə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə çempionat

Avqustun 1-də futbol üzrə start götürən Lerik rayon çempionatı davam edir. 

Apasport.az saytının məlumatına görə, yerli Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyinin tərəfdaşlığı ilə təşkil olunan birincilikdə 11 komandanın heyətində 100-dən çox gənc bir ay ərzində qüvvəsini sınayacaq. 

Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan çempionat şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükutla başlayıb və ilk gündə iki oyun keçirilib.     

Açılış matçı “Şəhərlilər” və “Çayrud” komandaları arasında olub və birincilər texniki qələbə qazanıb (3:0). İkinci oyunda isə “Lüləkaran” “Şinəband”ın qapısından 4 cavabsız top keçirib. 
 

writer photo
Əlirza Əlirzalı
0