Deşamp Fransa millisində qalır
10.07.2024 - 18:45
Deşamp Fransa millisində qalır

Fransa milli komandasının məşqçisi Didier Deşamp postunu tərk etməyəcək.

Onun Dünya Çempionatında da komandanın başında olacağı gözlənilir.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrizio Romano paylaşıb.

Paylaşımda Fransa Futbol Federasiyasının rəhbəri Diallonun bu xəbəri təsdiqlədiyi yazılıb. Diallo bildirib ki, Deşamp qarşıya qoyulan vəzifənin öhdəsindən gəlib və federasiya ona güvənməkdə davam edir.

Qeyd edək ki, federasiyanın Deşampla müqaviləsi ən azı Dünya Çempionatına qədər qüvvədə qalacaq.

 

 

writer photo
Əlirza Əlirzalı
0