Premyer Liqada mövsümün futbolçusu adına namizədlər
18.05.2023 - 17:49
Premyer Liqada mövsümün futbolçusu adına namizədlər

İngiltərə Premyer Liqasında mövsümün futbolçusu adına namizədlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu qurumun mətbuat xidməti açıqlayıb.

2022/23 mövsümünün ən yaxşısı olmağa 7 oyunçu iddia edir. Bunlar Kevin de Bruyne, Erlinq Haland (hər ikisi “Mançester Siti”), Harri Keyn (“Tottenhem”), Martin Edeqor, Bukayo Saka (hər ikisi “Arsenal”), Markus Reşford (“Mançester Yunayted”) və Kiran Tripyedir (“Nyukasl”).

Qeyd edək ki, ən yaxşı futbolçu mayın 27-də açıqlanacaq.

writer photo
Əlirza Əlirzalı
0