“Latsio”da yapon yarımmüdafiəçi
05.08.2023 - 01:58
“Latsio”da yapon yarımmüdafiəçi

“Latsio” heyətini yaponiyalı futbolçu ilə gücləndirib.

Apasport.az-ın məlumatına görə, Daiti Kamada Roma klubuna azad agent kimi qoşulub.

Son mövsümü Almaiyanın “Aytraxt” klubunda keçirən  26 yaşlı yarımmüdafiəçi mövsümün sonunda azad agent statusu alıb. Bir çox klublar Kamadanı heyətinə qatmaq istəsə də, o, “Latsio”nu seçib. Yaponiya yığmasının üzvü romalılarla üç illik müqavilə imzalayıb.

Qeyd edək ki, Kamada 2022/23 mövsümündə “Aytraxt”ın heyətində 47 oyun keçirib. Yaponiyalı bu görüşlərdə 16 qol və 7 ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0