"Çelsi" Kvaratsxeliyaya elçi düşdü 
23.11.2023 - 15:19
"Çelsi" Kvaratsxeliyaya elçi düşdü 

“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya “Çelsi”nin hədəfinə düşüb.

Apasport.az xəbər verir ki, İngiltərə klubu gürcüstanlı hücumçunun transferi üçün danışıqlara başlayıb.

Londonlular onun üçün 100 milyon avro xərcləməyə hazırdır. 22 yaşlı forvardla "Mançester Siti", "Real", "Barselona" və "Nyukasl" kimi klublar da maraqlanır.

Qeyd edək ki, Kvaratsxeliya “Napoli”nin çempion olduğu 2022/23 mövsümündə 43 oyunda 14 qol və 17 məhsuldar ötürməyə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0