"Beşiktaş"dan Cenk və Salih qərarı
19.03.2024 - 12:19
"Beşiktaş" rəhbərliyi Cenk Tosun və Salih Uçanla yeni müqavilə danışıqlarını dayandırıb.
Apasport.az xəbər verir ki, hücumçu və yarımmüdafiyəçinin növbəti mövsüm “Beşiktaş”ın heyətində olub-olmayacağı maraq doğurur.
“Ağ-qaralar”ın rəhbərliyi 2 ad üçün mövsümün sonuna qədər gözləyəcək. Futbolçuların mövsümün sonuna qədər çıxışları nəzərdən keçiriləcək və buna uyğun olaraq yeni müqavilə təklif olunacaq.
Qeyd edək ki, “Beşiktaş”ın Cenk Tosun və Salih Uçanla müqaviləsi bu ilin yayında bitir.
0
0