Azərbaycanın qadın güləşçisi Avropa 3-cüsü oldu
16.03.2023 - 21:09
Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, 55 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada moldovalı Mihaela Samoilə 14:7 qalib gələrək Avropa 3-cüsü olub.
Bu gün həmçinin 68 kq-da Nigar Mirzəzadə bürünc medal görüşünə çıxacaq. Onun rəqibi macarıstanlı Karolina Pok olacaq.
Qeyd edək ki, Avropa çempionatında sabah Gültəkin Şirinova (53 kq) bürünc və Birgül Soltanova (65 kq) final görüşünə çıxacaq.
0
0