"Zirə" yerli futbolçunun transferini bitirmək istəyir
25.08.2024 - 11:56
"Zirə" yerli futbolçunun transferini bitirmək istəyir

“Zirə” icarədə oynayan futbolçusunun transfer hüququna yiyələnmək istəyir.

Apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi “Qarabağ”dan icarəyə götürdüyü İsmayıl İbrahimlinin xidmətində maraqlıdır.

Yayda “Qarabağ”dan icarəyə götürülmüş İsmayıl yayda “Zirə” ilə iki illik rəsmi müqavilə imzalaya bilər. Hazırda tərəflər arasında danışıqlar gedir.

O, mövsümün sonuna qədər “Zirə” komandasında icarədə oynayacaq. 

writer photo
Əlirza Əlirzalı
0