20 milyonluq transfer
04.01.2023 - 18:25
20 milyonluq transfer

“Marsel”in futbolçusu Jerson Santosun yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.

25 yaşlı futbolçu “Flamenqo”ya keçib. Liqa1 təmsilçisi bu transferdən 20 milyon avro qazanıb. Onun müqaviləsi 2027-ci ilədək nəzərdə tutulub.

Qeyd edək ki, Jerson cari mövsüm Fransa çempionatının 10 matçında 2 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0