“Atletiko” Kessei, Verratti və Qalanla maraqlanır
24.06.2023 - 20:13
“Atletiko” Kessei, Verratti və Qalanla maraqlanır

Madrid “Atletiko”su müdafiəçi Xavi Qalanla maraqlanır. 

Apasport.az saytının məlumatına, bu futbolçu üçün “Selta” 12-15 milyon transfer məbləği müəyyən edib.

Amma madridlilər bu məbləği ödəməkdən imtina ediblər. Onlar transferin baş tutması üçün müdafiəçi Manu Sançesi qarşı tərəfə təklif ediblər. Son mövsümü icarə əsasında “Osasuna”da keçirən futbolçun “Atletiko”nun əsas heyətinə düşməkdə çətinlik çəkir. Komanda “Valensiya”da Xose Qayo və “Çelsi”də Marka Kukurelyunu da transfer siyahısına daxil edib. Bundan basşqa, Franke Kessei və Marko Verratti kimi futbolçular da Madrid klubunun maraq dairəsindədir. 

Qeyd edək ki, artıq bir futbolçu “Atletiko”nu tərk edib. Joffre Kondoqbia 5 milyon avro qarşılığında “Marsel”ə transfer olunub.
 

writer photo
Əlirza Əlirzalı
0