"Sabah" basketbol komandası bu gün FİBA Avropa kubokunda növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi üçüncü matçında Çexiyanın "Nimburk" klubu ilə üz-üzə gəlib.
D qrupunun autsayderi olan təmsilçimiz ilk qələbə üçün meydana çıxsa da, yenə məğlubiyyətlə üzləşib. İlk iki turda uduzan komandamız itkisiz irəliləyən rəqibi büdrədə bilməyib – 61:92.
Qeyd edək ki, “Sabah” bunadək Monteneqroda “Mornar”a (75:80), Bakıda “Bağçaşəhərər”ə (65:83) uduzub.
FİBA Avropa kuboku
III tur, D qrupu
1 noyabr
21:30. "Nimburk" (Çexiya) - “Sabah” (Azərbaycan) – 92:61
1 |
Nimburk |
3 |
3 |
0 |
259-211 |
6 |
2 |
Bağçaşəhərər |
2 |
1 |
1 |
171-154 |
3 |
3 |
Mornar |
2 |
1 |
1 |
142-153 |
3 |
4 |
Sabah |
3 |
0 |
3 |
201-255 |
3 |