Mbappeyə qiymət qoyuldu: 300 milyon avro
16.12.2022 - 16:00
Mbappeyə qiymət qoyuldu: 300 milyon avro

Fransa millisinin futbolçusu Kilian Mbappe PSJ-dən ayrıla bilər.

Apasport.az saytının məlumatına görə, Paris klubu hücumçusunu satmağa razılıq verib.

Liqa1 təmsilçisi yaxşı təklif alasa, nəzərdən keçirməyə hazırdır. PSJ Mbappe üçün 300-350 milyon avro istəyir. Forvard yalnız bu qiymətə satılacaq.

Qeyd edək ki, hazırda yığma ilə DÇ-2022-də olan hücumçu mundialda keçirdiyi 6 oyunda 5 qol və 2 assistə imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0