"Real" "Çelsi" və "Arsenal"la yarışacaq
09.01.2024 - 11:05
"Real" "Çelsi" və "Arsenal"la yarışacaq

"Sportinq"in mərkəz müdafiəçisi Usman Diomend Avropanın aparıcı klublarının maraq dairəsindədir.

Apasport.az "Fichajes" nəşrinə istinadla xəbər verir ki, “Real” yanvarda “Arsenal” və “Çelsi”nin maraqlandığı 20 yaşlı Diomendin transferini həyata keçirməyə hazırlaşır. 

Kot d-İvuarlının müqaviləsində sərbəst qalma məbləği 80 milyon avrodur. "Transfermarkt" isə oyunçunun qiymətini 40 milyon avro olaraq qiymətləndirir. Diomend bu mövsüm "Sportinq"in heyətində 21 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
 

writer photo
Əlirza Əlirzalı
0