Bonuççi İtaliya millisinə qayıda bilər
02.07.2024 - 12:49
Bonuççi İtaliya millisinə qayıda bilər

Keçmiş mərkəz müdafiəçisi Leonardo Bonuççi İtaliya millisinə qayıda bilər. 

Apasport.az xəbər verir ki, Bonuççi yaxın vaxtlarda İtaliya millisində Luçano Spalettinin məşqçilər korpusunda vəzifə ala bilər. Artıq tərəflər arasında danışıqlar başlayıb.

Bu mövsüm peşəkar karyerasını başa çatdıran 37 yaşlı italyanın son klubu Türkiyənin "Fənərbaxça" klubu olub.

Qeyd edək ki, italyanlar AVRO-2024-ün 1/8 final mərhələsində İsveçrə millisinə uduzub (0:2). Buna baxmayaraq, Spaletti baş məşqçi postunu qoruyub - o, komandanı 2026-cı il dünya çempionatına hazırlayacaq.

writer photo
Əlirza Əlirzalı
0