Uğursuz gündə 3-cü cəhd
27.03.2023 - 17:18
Uğursuz gündə 3-cü cəhd

Bu gün İsveçlə görüşəcək Azərbaycan millisi tarixində 3-cü dəfə martın 27-də meydana çıxacaq.

Apasport.az saytının məlumatına görə, AVRO-2024-ün seçmə oyunu bu tarixdəki ilk belə qarşılaşma olacaq.

Əvvəlki iki sınaq yoldaşlıq görüşü olub. Millimiz bu qarşılaşmalarda məğlubiyyətlə üzləşib.

21 il əvvəl Tiranada Albaniyaya uduzan yığmamız 2021-ci ildə Qətər qarşısında aciz qalıb. Komandamız hər iki oyunda minimal fərqlə uduzub.

Yığmamız martın 27-də
27 mart 2002. Tirana. Albaniya – Azərbaycan – 1:0
27 mart 2021. Debretsen (Macarıstan). Qətər – Azərbaycan – 2:1

writer photo
Əlirza Əlirzalı
0