Benzema Makronun dəvətini rədd etdi
17.12.2022 - 23:54
Benzema Makronun dəvətini rədd etdi

Fransa millisinin hücumçusu Kərim Benzema ölkə prezidenti Emanuel Makronun dünya çempionatının finalında iştirak etmək dəvətini rədd edib.

Apasport.az xəbər verir ki, bu barədə etibarlı mənbə ESPN-ə bildirib.

Qeyd edək ki, bundan əvvəl Emanuel Makron zədə səbəbindən turnirdə iştirak edə bilməyən millinin futbolçularını finala dəvət etmişdi. Dövlət başçısı Fransanın Argentina ilə oyununda Kərim Benzema, NQolo Kante və Pol Poqbanın stadionda olmasını istəmişdi.

writer photo
Əlirza Əlirzalı
0