"Nyukasl" 3 futbolçunu birdən heyətə qatır
25.12.2023 - 21:46
"Nyukasl" 3 futbolçunu birdən heyətə qatır

“Nyukasl” İtaliya klubundan 3 futbolçuya elçi düşüb.

Apasport.az xəbər veri ki, Premyer Liqa təmsilçisinin idman direktoru Den Eşuort “Salernitana”nın 3 oyunçusunu gözaltı edib.

Söhbət müdafiəçi Lorenzo Pirole, yarımmüdafiəçi Lassane Kulibali və hücumçu Boulaye Diadan gedir. Hətta sözügedən futbolçuların oyununu canlı izaləmək üçün direktorun “Salernitana” -  “Milan” oyununda (2:2) iştirak etdiyi bildirilir.

Qeyd edək ki, zədəli futbolçuların çoxluğundan əziyyət çəkən “Nyukasl” bu mövsüm çempionatda keçirdiyi 18 matçda 29 xal toplayıb. Komanda hazırda turnir cədvəlinin 7-ci pilləsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0