Jezus qayıtdı
08.03.2023 - 22:03
Jezus qayıtdı

"Arsenal"ın hücumçusu Qabriel Jezus zədəsini tam sağaldıb.

Apasport.az xəbər verir ki, 25 yaşlı hücumçu komanda ilə məşqlərə qatılıb. 

Braziliyalı futbolçu sonuncu dəfə ötən ilin noyabrında "topçular"ın heyətində meydana çıxıb. Bundan sonra Jezus Qətərdə keçirilən dünya çempionatı üçün Braziliya millisinə yollanıb və sağ dizindən zədə alıb.

writer photo
Əlirza Əlirzalı
0