“Real”dan Mbappeyə son şans
06.12.2023 - 17:17
“Real”dan Mbappeyə son şans

“Real” qış transfer dövründə Kilian Mbappeyə son təklifini edəcək.

Apasport.az xəbər verir ki, İspaniya klubu fransalı hücumçuya qərar vermək üçün cəmi iki həftə vaxt verəcək.

Mbappenin müqaviləsi yayda başa çatır. O, “Real”la danışıqlarda sərbəst agent olacaq. Tərəflər razılaşmasa, Madrid klubu diqqətini “Mançester Siti”nin üzvü Erlinq Halanda yönəldəcək.

Qeyd edək ki, 24 yaşlı futbolçu cari mövsümdə Liqa1-də 13 oyunda 15 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0