Medalını qorumaq üçün it aldı
04.01.2023 - 19:02
Argentina milli komandasının qapıçısı Emiliano Martines yeni aldığı itlə gündəm olub.
Apasport.az saytı xəbər verir ki, qolkiper iti dünya çempionu medalını qorumaq üçün aldığını bildirib.
İngiltərədə “Aston Villa”nın şərəfini qoruyan 30 yaşlı Martines medalının oğurlanmasından çox qorxduğunu, onu qorumaq üçün də 20 min avroya it aldığını deyib.
Qeyd edək ki, İngiltərədə son dövrlər oğurluq hadisələrinin sayında artım müşahidə olunur. Məhz bu səbəbdən “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta və “Tottenhem”in qolkiperi Üqo Lorisin də köpək aldıqları söylənilir.
0
0