Ötən mövsümü icarə əsasında “Hatayspor”da keçirən Renat Dadaşovun bu komandaya qayıtmayacağı dəqiqləşib.
Apasport.az saytına verilən məlumata görə, uzun müddət davam edən danışıqlardan sonra Türkiyə klubu “Qrasshopper”i razı sala bilməyib. Ona görə də, “Hatayspor” bu transferdən əlini üzüb.
Hazırda yeni sezonun hazırlıqlarını "Qrasshopper"də keçən 25 yaşlı forvard gələcəyi ilə bağlı yekun qərar verməyib.
Məsələ burasındadır ki, İsveçrə klubu Dadaşovu satmağın əleyhinə deyil. Lakin onun üçün lazım olan məbləği heç bir klub hələ ki, təklif etməyib. Renatın məxsus olduğu klubun baş məşqçisi Marko Şellibaum da onun xidmətində maraqlı deyil. Renat 2025-ci il iyunun 30-na qədər "Qrasshopper"ə məxsusdur.