PSJ-dən 16 yaşlı hücumçu üçün 60 milyonluq təklif
12.11.2022 - 23:39
PSJ-dən 16 yaşlı hücumçu üçün 60 milyonluq təklif

“Palmeyras”ın hücumçusu Endrik Felipe gənc yaşda Avropaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, forvard cəmi 16 yaşı olmasına baxmayaraq, qitənin bir neçə nəhənginin diqqətini cəlb edib.

Xüsusən də, PSJ Braziliyanın U-16 yığmasının üzvünün transferində maraqlıdır. Parislilər hətta “Palmeyras”la ilkin danışıq da aparıb. Fransa klubunun 45 milyon avroluq təklifi rədd cavabı alıb. PSJ rəhbərliyi ikinci cəhddə məbləği 60 milyon avroya çatdıracaq.

Qeyd edək ki, Endrik Felipenin “Palmeyras”la müqavilə müddəti 2025-ci ilə qədərdir.

writer photo
Əlirza Əlirzalı
0