Kambiaso “Yuventus”da
01.07.2022 - 13:25
Kambiaso “Yuventus”da

“Cenoa”nın müdafiəçisi Andrea Kambiaso komandasını dəyişir.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı sol cinah oyunçusu “Yuventus”a keçir.

Klublar arasında danışıq artıq müsbət yekunlaşıb. Turin təmsilçisi Kambiasonun keçidi müqabilində qarşı tərəfə 3,5 milyon avro və müdafiəçi Radu Draquşini verəcək.

Qeyd edək ki, müxtəlif illərdə bir neçə klubda icarə əsasında çıxış edən Andrea Kambiaso İtaliyanın U-21 millisinin üzvüdür.
 

writer photo
Əlirza Əlirzalı
0