Gürcüstanlı ulduz Premyer Liqa yolunda
21.08.2024 - 01:48
İngiltərənin "Liverpul" klubu gürcüstanlı futbol ulduzu Giorgi Mamardaşvilini rənglərinə bağlamağa yaxındır.
Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli qapıçının transferi üçün "Valensiya" rəhbərliyi ilə razılıq əldə olunub.
Transfer gerçəkləşərsə, "Liverpul" ispanlara 30 milyon avro ödəyəcək.
Qeyd edək ki, müqaviləyə əsasən Gürcüstan millisinin üzvü 2024-25 mövsümünü "yarasalar"ın heyətində icarədə keçirəcək. O, 2025-ci ilin iyun ayında "Liverpul"a qoşulacaq.
0
0