"Formula 1"in növbəti dayanacağı Çin olacaq
19.04.2024 - 14:04
"Formula 1"in növbəti dayanacağı Çin olacaq

"Formula 1" üzrə dünya çempionatı mövsümə Çində davam edəcək.

Apasport.az xəbər verir ki, Çinin 5,4 kilometrlik beynəlxalq Şanxay trasında keçiriləcək yarış 56 dövrədən çox olacaq. Yarış aprelin 21-i keçiriləcək.

Qeyd edək ki, bu mövsüm "Red Bull"un hollandiyalı pilotu Maks Verstappen Bəhreyn, Səudiyyə Ərəbistanı və Yaponiyada keçirilən yarışların qalibi olub. Avstraliya Qran Prisini "Ferrari" komandasının ispan pilotu Karlos Sayns qazanıb.

writer photo
Əlirza Əlirzalı
0