"Beşiktaş"ın Karvalyo israrı
16.01.2024 - 14:24
"Beşiktaş"ın Karvalyo israrı

“Beşiktaş” Villiam Karvalyo transferini həll etməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, İstanbul klubu İspaniyada “Betis” forması geyinən 31 yaşlı futbolçunun keçidinin məbləği ilə bağlı problemi həll etməyin yollarını axtarır.

Portuqaliyalı futbolçunun özü ilə anlaşma əldə edən “qara qartal” bu sövdələşmə sonunda qarşı tərəfə icarə haqqı ödəmək istəmir. “Betis” rəhbərliyi isə müəyyən məbləğ almaqda israrcıdır. Xüsusislə Amir Hacıahmetoviçin mövsümün sonuna kimi sıradan çıxmasından sonra onun yerinə oyunçu axtaran “Beşiktaş” üçün bu keçidi prioritet təşkil edir.

Qeyd edək ki, bu mövsüm 16 matçda iştrak edən yarımmüdafiəçi aktivinə 3 məhsuldar ötürmə yazdırıb.

writer photo
Əlirza Əlirzalı
0