“Milan”ın keçmiş müdafiəçisi Paolo Maldini gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Apasport.az xarici KİV-ə isitnadən xəbər verir ki, İtaliya millisinin sabiq üzvü qazanmağı sevdiyini bildirib:
“Altı ay sonra deyirəm, çünki əvvəllər daxili işlər barədə danışardım, amma vaxt mənə sakitləşməyə imkan verir: “Milan”ın kimliyinə və tarixinə əsla hörmət etməyən, yoldan keçən insanlar var. Klubun idealları ilə əlaqəli başqaları da var ki, onlar üçün “Milan”a olan sevgi qeyd-şərtsiz qalır.
Mənim gələcəyim? Heç vaxt başqa İtaliya klubu olmayacaq. Bəlkə də, yalnız xarici top-klub. Qazanmağı xoşlayıram. Səudiyyə Ərəbistanı? Kim bilir, bəlkə də, bu bir ideyadır”.
2018-ci ilin avqustunda Maldini Milan klubunun inkişafı üzrə direktor təyin edilmişdi, bir il sonra isə texniki direktor vəzifəsinə keçmişdi.