"Arsenal" heyətini ispaniyalı yarımmüdafiəçi ilə gücləndirəcək
10.05.2025 - 11:25
İspaniya millisinin və "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Zubimendi İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "Arsenal" yarımmüdafiəçi ilə danışıqlar aparıb və transferlə bağlı razılıq əldə edib.
Daha əvvəl mətbuatda Zubimendi ilə "Real Madrid" və "Mançester Siti"nin də maraqlandığı bildirilmişdi.
Bu mövsüm yarımmüdafiəçi "Real Sosyedad"ın heyətində 44 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun transfer dəyəri 60 milyon avro olaraq qiymətləndirilir.
- "Yunayted"dən Bruno Fernandeş qərarı – Komandanın ən çox qazananı olacaq
- Acun Ilıcalıdan "Hall Siti" azarkeşlərinə transfer mesajı – 11 futbolçu ilə danışıqlar gedir
- "Arsenal" Tzolisi rəsmən açıqladı – Yunanıstanlı vingerlə 5 illik müqavilə
- "Fənərbaxça"da kütləvi istefa – Növbədənkənar seçki keçiriləcək
- Adeyemi "Barselona"da – Rəsmi
0
0