Dadaşov qol vurdu, komandası qələbə qazandı
10.05.2025 - 10:21
Almaniyada Şimal-Şərq Regional Liqasının 33-cü turu start götürüb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Berlin "Dinamo"su səfərdə "Herta"nın ikinci komandası ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.
90 dəqiqə meydada olan Dadaşov qələbə qolunun müəllifi olub. O, 56-cı dəqiqədə penalti zərbəsi ilə son nöqtəni qoyub.
33 yaşlı forvard bu mövsüm ümumilikdə 34 oyuna 18 qol vurub, 4 qol ötürməsi edib.
Qeyd edək ki, hazırda "Dinamo" 48 xalla turnir cədvəlində 8-ci yerdə qərarlaşıb.
- Premyer Liqada noyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb
- Füzuli Məmmədov: “Komandamızda yüksəliş hiss olunur”
- Vernidub: “Dediklərimə əməl etməyən oyunçular daha az oynayacaq”
- “Neftçi” Yevlaxdan 3 xalla qayıdır - YENİLƏNİB
- Azərbaycanlı hakimlər üçün VAR təlim-tədris proqramı keçirilir
0
0