Şkrinyar "İnter"ə “yox” dedi
20.01.2023 - 13:30
Şkrinyar "İnter"ə “yox” dedi

Slovakiya millisinin futbolçusu Milan Şkrinyar İtaliya "İnter"i ilə müqaviləni yeniləməkdən imtina edib.

Apasport.az saytı xəbər verir ki, 27 yaşlı müdafiəçinin klubla razılaşması 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Şkrinyar düşünmək üçün vaxta ehtiyacı olduğunu və agenti Roberto Sistici ilə yeni təklifləri dəyərləndirəcəyini bildirib. 

Daha əvvəl italyanlar Şkrinyara illik 6,5 milyon avro məvacib təklif etsələr də, futbolçunun 8 milyon istəyir. "İnter" isə bu qədər pul ödəməyə hazır deyil.

Qeyd edək ki, 2017-ci ildən Milan təmsilçisində çıxış edən futbolçu bu mövsüm 26 matça çıxıb.

writer photo
Əlirza Əlirzalı
0