Türkiyə - Çexiya matçının hakimi bəlli oldu
24.06.2024 - 14:33
Türkiyə millisi AVRO-2024-ün F qrupunun 3-cü və son oyununda Çexiya ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, "ay-ulduzlular"ın çempionatdakı taleyini həll edəcək matçda fit çalacaq hakim bəlli olub.
26 iyun saat 23:00-da "Volkspark" stadionunda baş tutacaq qarşılaşmanı rumıniyalı hakim İştvan Kovaç idarə edəcək.
Kovaçın köməkçiləri eyni ölkədən Vasile Marinesku və Ovidiu Artene olacaq. Matçın dördüncü hakimi funksiyasını Norveç Futbol Federasiyasından Espen Eskas yerinə yetirəcək. Matçın VAR hakimi isə polşalı Tomas Kviatkovski olacaq.
0
0