“Keçiörengücü”dən “Sumqayıt”a gəldi - 2 illik müqavilə
28.06.2022 - 16:14
2022/2023 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” ilk futbolçu keçidini reallaşdırıb.
Klubdan apasport.az saytının məlumatına görə, ötən mövsümü “Keçiörengücü” klubunda keçirmiş yarımmüdafiəçi Vüsal İsgəndərli ilə 2 illik müqavilə imzalanıb.
İsgəndərli karyerası ərzində “Rəvan”, “Simurq”, “Zirə”, “Şamaxı” və “Ankara Keçiörengücü” klublarının şərəfini qoruyub. O, əsas milli komandanın heyətində də 3 oyunda meydana çıxıb.
0
0