Salivon Azərbaycanın oyununa ÜST deyir
06.06.2022 - 17:03
Salivon Azərbaycanın oyununa ÜST deyir

Rusiyalı futbol eksperti Maksim Salivon Millətlər Liqasının qrup mərhələsində bu gün keçiriləcək Belarus – Azərbaycan oyunu ilə bağlı fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, mütəxəssis komandaların hazırkı durumunu dəyərləndirib, eyni zamanda matçdakı şanslarından danışıb.

Salivon hesab edir ki, görüş Serbiyada keçirildiyindən, Belarusun meydan sahibi üstünlüyü olmayacaq:

Belarusun əsas uğuru kimi müdafiədə etibarlı oynamasını qeyd eləmək olar. Georgi Kondratyevin yetirmələri son 4 oyunun 3-də qələbə qazanıb və qapısında cəmi 1 qol görüb. Azərbaycan isə hansısa uğuru ilə öyünə bilməz. Canni de Byazinin kollektivi 11 oyundur qalib gələ bilmir. Maraqlıdır ki, Odlar Yurdu ölkəsinin son qələbəsi ötən il məhz  Belarusla duelə təsadüf edib.

Komandalar əvvəllər yoldaşlıq görüşündə 4 dəfə üz-üzə gəliblər. Bunun 2-də Azərbaycan, 1-də Belarus qalib gəlib. Bugünkü qarşılaşmada hər iki komandanın qol vurmasına mərc etmək olar.

Ümumiyyətlə, Serbiyadakı duel üçtərəfli matçdır. Hər iki komanda heç də yaxşı dövrünü keçirmir. Həm Belarus, həm də Azərbaycan qələbə qazanmaqla vəziyyətini düzəltmək arzusundadır. Bir sözlə, komandalar üçün son dərəcə vacib görüşdür. Bu da onu deməyə əsas verir ki, futbolçular hücumda fəallıq göstərməyə çalışacaqlar.

Belarus yalnız kağız üzərində meydan sahibidir. Ancaq matçın Serbiyada olması onları doğma arena amilindən məhrum edir. İndi isə tərəflərin şanslarını bərabərdir. Komandaların ümumilikdə azı 2 qol vuracağına inanıram.

Proqnozum: ÜST (2)
 

writer photo
Əlirza Əlirzalı
0