"Baş məşqçimizin düşdüyü vəziyyət çətindir. Anası dünyasını dəyişib. Buna görə çox üzülürük. Hər zamanın onun yanındayıq. Çox yaxşı, ciddi rəqiblə qarşılaşdıq. Meydanda aqressivlik var idi, oyuna davranışları yaxşı idi. Biz erkən qol vurduq. Bundan sonra meyanın rəqibə hissəsində üstünlüyü ələ aldıq. Hər bir oyunçumuz təbrikə layiqdir. İkinci yarıda çox yaxşı davrandılar".
Apasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin məşqçisi Alen-Nikolae Çita deyib.
- Bu matçda daha çox oynamayanlara şans verildi...
- Bəli. Heyətdə 11 nəfərlik yer var. Məşqdə kim əzmkarlıq göstərirsə, o da əsas heyətdə yer alır. "Qarabağ"la oyundan sonra çətin durumdaydıq. Uduzmuşduq. Kubok oyununa çıxdıq. Bu tip matçlarda az oynayanlar meydana çıxır ki, özlərini göstərsinlər.
- İlin son matçına az qalıb. Yəqin ki, Mutu həmin oyunda da olmayacaq. Belə olan halda, əsas yük sizin üzərinizə düşür. "Kəpəz"lə matçdan gözləntiniz nədir?
- Bu oyun haqda danışacağıq, rəqibi analiz edəcəyik. Baş məşqçi ilə də müzakirə edəcəyik.
- Marko Tamaş "Neftçi"də ilk vaxtlarda əsas heyətdə oynasa da, sonradan əsas heyətdəki yerini itirib. Siz də keçmiş müdafiəçisiz. Tamaş Azər Salahlıdan zəifdir?
- Burada heç bir ayrıseçkilik olmur. Hansı oyunçu daha çox məşq edir, o da oynayır.
- Belə çıxır ki, Mark Tamaş Azər Salahlıdan daha istəksiz məşq edir?
- Bu çox sadədir. Hər oyunçunun şansı var ki, əsas heyətdə oynasın.
- "Neftçi" istənilən nəticəni göstərmir. Liderdən 13 xal geri qalmağınızın səbəbini nədə görürsüz?
- Futbol riyaziyyat deyil. Hər dəfə 2+2 4 etmir. Bəzən nəticə 3 və ya 5 ola bilər. Hər futbolçu var gücü ilə çalışmalıdır ki, əsas heyətdə yer alsın. Biz məqşçilər də daim inkişaf etməliyik.
- Artıq dörd sarı vərəqə almısız. Futbolçu dövründə də belə idiz?
- Bəli. Mərkəz müdafiəçisi olmuşam. Demək istəmirəm ki, nə qədər qırmızı vərəqə almışam. Heç vaxt təslim olmuram. Hər zaman top uğrunda mübarizə aparmağı sevmişəm.