“Barselona” Kaykidən əl çəkmir
10.11.2022 - 21:53
“Barselona” Kaykidən əl çəkmir

“Barselona” yeni müdafiəçi almağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Kaykini heyətinə qatmaq niyyətindədir.

Bu ilin yayında “Santos”dan “Almeriya”ya keçən arxa xətt oyunçusu uzun müddətdir kataloniyalıların maraq dairəsindədir. Onu Braziliya təmsilçisindən transfer etmək hüququna da məhz “Barselona” malik idi. Həmin vaxt keçidi həll etməyən klub rəhbərliyi müdafiəçidən hələ də əl çəkməyib.

Qeyd edək ki, Kayki “Almeriya”da 8 oyun keçirib.
 

writer photo
Əlirza Əlirzalı
0