"Mançester Yunayted"də işləmək imkanı
19.01.2024 - 22:22
"Mançester Yunayted"də işləmək imkanı

İngiltərənin "Mançester Yunayted" klubu vakansiya elan edib.

Apasport.az xəbər veri ki, Premyer Liqa təmsilçisi qida təhlükəsizliyinə cavabdeh olacaq mütəxəssis axtarır.

Noyabrın 21-də keçirilən yoxlamadan sonra klub bu kriteriyaya görə 5 baldan cəmi 1 xal alıb.

Hazırlanan hesabatda yeməklərin bir hissəsinin sınaqdan keçirildiyi və nəticələrin ürəkaçan olmadığı bildirilib.

Klub bu tip neqativ halların qarşısını almaq üçün işçi axtarmağa başlayıb.

writer photo
Əlirza Əlirzalı
0