Səudiyyədən cazibədar təklif: Benzianın Qurbanov sevgisi... - ÖZƏL
25.12.2023 - 13:26
Səudiyyədən cazibədar təklif: Benzianın Qurbanov sevgisi... - ÖZƏL

"Qarabağ"ın aparıcı fiquruna çevrilmiş Yassin Benziaya ölkə xaricindən təklif gəlib.

Apasport.az saytına verilən məlumata görə, əlcəzairli oyunçu ərəb klublarından, daha dəqiq desək, Səudiyyə Ərəbistanı komandalarından təkliflər alıb.

Gələn təkliflər xeyli cəlbedici olub. Lakin 29 yaşlı futbolçu "Qarabağ"ı tərk etmək istəməyib. O, bunu Qurban Qurbanova görə etməyib.

Yarımmüdafiəçi 51 yaşlı mütəxəssislə işləməyə davam etmək üçün "Qarabağ"dan ayrılmaq istəməyib. Əlcəzair millisinin üzvünün Ağdam klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

O, Azərbaycana gələnə qədər "Lion", "Lill", "Fənərbaxça", "Olimpiakos", "Dijon", "Hatayspor" klublarında oynayıb. 2023-cü il yanvarın 26-da isə Azərbaycan klubuna keçib.

writer photo
Əlirza Əlirzalı
0