Biliç Argentina – Fransa oyununu “playstation”a bənzətdi
19.12.2022 - 17:48
Biliç Argentina – Fransa oyununu “playstation”a bənzətdi

“Keçmiş futbolçu və məşqçi olaraq deyil, bir futbolsevər olaraq deyirəm ki, bu indiyə kimi gördüyüm ən yaxşı final idi”. 

Apasport.az saytının məlumatına görə, bu sözlər təcrübəli xorvatiyalı mütəxəssis Slaven Biliçə məxsusdur. 

O, Qətərdə keçirilmiş və Argentinanın qələbəsi ilə başa çatmış dünya çempionatının finalına münasibət bildirib. Biliç sözün həqiqi mənasında möhtəşəm bir oyun izlədiyini vurğulayıb: “Çox keyfiyyətli və rəqabətin yüksək olduğu görüş oldu. Sanki “playstation” oyunu izləyirdik”.

Qeyd edək ki, DÇ-2022-nin finalda Argentina Fransaya penaltilər seriyasında qalib gəlib. 
 

writer photo
Əlirza Əlirzalı
0