Campaolonun “Sampdoriya”nı tərk etməsi rəsmiləşdi
04.10.2023 - 23:33
Baş məşqçi Marko Campaolo ilə “Sampdoriya” arasında bir il sürən çəkişməyə son qoyulub.
Apasport.az saytı xəbər verir ki, tərəflər müqaviləyə xitam veriblər.
Təxminən bir il əvvəl Campolo komandadan qovulsa da, o, rəsmi olaraq vəzifəsini tərk etməyib. Marko bu müddət ərzində “Samdoriya”nın baş məşqçisi qalsa da, komandaya əvvəlcə Deyan Stankoviç, sonra Andrea Pirlo rəhbərlik edib.
Qeyd edək ki, Campaolo klubdan 3 milyon avro təzminat tələb etsə də, sonda güzəştə getməyə məcbur olub.
0
0