Dembelenin arzusu
04.04.2023 - 12:00
Dembelenin arzusu

Usman Dembele yayda “Barselona”nı tərk etmək istəyir.

Apasport.az saytı xəbər verir ki, 25 yaşlı cinah hücumçusu “Liverpul”da oynamaq arzusundadır.

Fransa millisinin də şərəfini qoruyan Dembeleyə PSJ, "Mançester Yunayted" və "Çelsi" də təkliflər göndərsə də o, Mersisayd klubuna keçmək təklifini daha cəlbedici hesab edir.

Qeyd edək ki, hücumçu bu mövsüm La Liqada 18 oyuna 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 2017-ci ildən “Barselona”da çıxış edən Dembelenin Kataloniya klubu ilə müqaviləsi gələn il başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0