Adrian Mutu: “Penalti səhv qərardır” - MÜSAHİBƏ
23.09.2023 - 22:53
Adrian Mutu: “Penalti səhv qərardır” - MÜSAHİBƏ

“Bugünkü oyuna görə oyunçularımı təbrik etmək istəyirəm”.

Apasport.az-ın məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.

Rumıniyalı mütəxəssis “Zirə” ilə 1:1 yekunlaşan oyundan sonra keçirilən mətbuat konfransında təyin olunan penalti haqqında danışıb. O, qərarın səhv olduğunu bildirib: “Düşünürəm ki, hakimlərin verdiyi sərt qərarlar oyunu gətirib bu vəziyyətə çıxardı. Həmin epizoda baxdım, öz baxış bucağımdan deyə bilərəm ki, Yuri topa toxunduqdan sonra təbii hal olaraq rəqibə də toxunur. Bundan qaça bilməzdi. Penalti səhv qərardır. 7 oyunda qapımıza üçüncü penalti təyin olunur. Ardıcıl iki oyundur ki, 11metrlik cərimə zərbəsi ilə cəzalanırıq. Ötən qarşılaşmada da qapımıza penaltidən qol vuruldu, bu, məni narahat edir. Bu haqda ölçü götürülməlidir”.

- Azarkeşlər sosial şəbəkələrdə gələn legionerlərdən, komandanın oyunundan narazılıq bildirilər...
- Azarkeşlərin sosial şəbəkələrdəki şərhləri haqda bir şey deyə bilmərəm. Bizi dəstəkləyən, bura gələn azarkeşlərə təşəkkür edirəm. Hər zaman stadiona gələn və komandaya dəstək olan fanatlara yeni komanda qurulduğunu deyə bilərəm. Hamı başa düşməlidir ki, yeni oyunçular var və hərəsi bir ölkədən gəlib. Məsələn, Lukas Argentinadna gəlib. Azərbaycan və Argentina fərqli ölkələrdir. Bir az vaxt lazımdır ki, oyunçuların hamısını balanslaşdırım. Böyük layihəyə başlamışıq. Istədiyimiz güclü "Neftçi"ni qurmaq üçün əzmkar iş görməliyik, nəinki emosional işin üzərində qurmalı. Dediyim kimi, bu, böyük prosesdir, inanmaq lazımdır. Uğura qısa yolla gedib çıxmaq olmaz. Bəzən nəyisə əvvəldən qurban veririk ki, sonra yaxşı olsun. Bu azarkeşlər ən yaxşısına layiqdir. Ölkədə yeniyəm, amma "Neftçi" daha çox sevilməlidir. Xüsusən də mətbuatda. Uduzuruq, deyirlər komanda pis oynayır, uduruq deyirlər ki, Mutu Qara Qarayevlə mübahisə edib, dalaşıb. "Sumqayıt"la oyundan sonra mətbuatda məqalə çıxır ki, Qara Qarayevlə mübahisə etmişəm. Niyə belə edirlər? Uduzan digər komandalar var, onlar haqda heç kəs heç nə yazmır.

- Hücumçular nə vaxt qol vuracaq?
- Bu məsələ məni də çox narahat edir. İstəyərəm ki, hücumçularımız qol vursunlar. Penalti olur hər oyunda qapımıza, bunu nəzərə alsaq, ən azından iki qol vurmalıyıq.

- 11 rəsmi oyundur ki, əsas heyəti tapmağa çalışırsız, hər dəfə fərqli onbirliyə üstünlük verirsiniz. Nə vaxt istədiyiniz ideal onbirliyinizi tapacaqsız?
- Komandaya gəldiyim cəmi 2 aydır. Həmin dövrdə “Neftçi” Rusiyada toplanış keçirdiş Heyəti tam tanımırdım. Yeni oyunçular cəlb etməyə başladıq. Konfrans Liqasında mübarizə aparırdıq, məcbur komandanı ora hazırlamalı idik. Vaxt lazımdır.

- Komandaya yeni gətirilən idman direktoru Hendersonla görüşmüsüz? Nə dərəcədə faydalı olacaq?
- Ümid edirəm ki, komandaya xeyir olacaq. Bakıda deyil. Qayıtdıqdan sonra görüşümüz olacaq.

- Transfer çalışmaları bitib, yoxsa davam edəcək?
- Xeyr. Yeni oyunçu axtarışında deyilik. Əlimizdə olanlara vaxt vermək istəyirik ki, bir-birilərinə uyğunlaşssınlar.
 

writer photo
Əlirza Əlirzalı
0