Braziliya - Argentina matçına FİFA-dan araşdırma
25.11.2023 - 12:20
Braziliya - Argentina matçına FİFA-dan araşdırma

FIFA daha bir oyunla bağlı araşdırmalara başlayıb.

Apasport.az xəbər verir ki, söhbət 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin Braziliya - Argentina matçı öncəsi baş vermiş hadisələrdən gedir.

Argentina Futbol Assosiasiyası azarkeşlər arasında iğtişaşlar və matçın başlanmasını gecikdirməkdə, Braziliya Futbol Konfederasiyası isə matçın təşkili zamanı təhlükəsizlik qaydalarına əməl etməməkdə ittiham olunur. Ali futbol qurumundan verilən açıqlamada hər iki hadisəyə görə intizam işi açıldığı, araşdırmalardan sonra hüquqi qiymət veriləcəyi bildirilir.

Qeyd edək ki, noyabrın 22-də keçirilən sözügedən matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

writer photo
Əlirza Əlirzalı
0