Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaq qurumun inzibati binasında baş tutub.
Toplantıda bir sıra vacib məsələlər, o cümlədən millinin baş məşqçisi ilə bağlı müzakirələr aparılıb. Yekunda aşağıdakı qərarlar qəbul edilib.
1. Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddəti daha bir seçmə mərhələ müddətinə uzadılsın.
2. Azərbaycan U-19 milli komandasının baş məşqçisi Miloş Velebitlə müqaviləyə xitam verilsin. U-19-un baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.
3. Qızlardan ibarət milli komandaların baş məşqçiləri təsdiq olunsun:
Azərbaycan U-19 (qızlar) – Zamir Həsənov
Azərbaycan U-17 (qızlar) – Nərgiz Qurbanova
Azərbaycan U-15 (qızlar) – Xanlar Əliyev
4. Lisenziyalaşdırma qaydalarında (Buraxılış - 2022) müvafiq dəyişikliklər təsdiq olunsun.
5. Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin aparılması ilə bağlı təkliflərin hazırlanması baş katibliyə tapşırılsın.
6. Yoxlama-Təftiş Komitəsinin tərkibi aşağıdakı kimi təsdiq olunsun:
Sədr
Xalid Cavadov – AFFA nümayəndəsi
Üzvlər:
Xanım Məmmədova – AFFA nümayəndəsi
Tariyel Şirəliyev – SOCAR nümayəndəsi
Hafiz Quliyev – İqtisadiyyat Nazirliyinin nümayəndəsi
Səftər Vəlizadə – Dövlət Auditorlar Palatasının nümayəndəsi
Elnur Kazımov – Dövlət Auditorlar Palatasının sərbəst auditoru