Neymardan rekord
30.08.2022 - 17:11
Neymardan rekord

Neymar yeni rekordu rəsmiləşdirib.

Apasport.az saytının məlumatına görə, PSJ-nin futbolçusu karyerasının ən məhsuldar startına imza atıb.

Braziliyalı hücumçu Liqa1-in ilk 5 turunda 8 qol və 6 assistlə yadda qalıb. 15 illik peşəkar karyeraya malik forvard heç vaxt mövsümün startında belə oynamayıb.

Onun komanda yoldaşları da startda uğurla çıxış edib. Kilian Mbappe 4 qol, Lionel Messi 3 qol və 2 assistlə fərqlənib. 
 

writer photo
Əlirza Əlirzalı
0