"Fənərbaxça" Türkiyə Super liqasının ardıcıl 2-ci oyununda da xal itirib.
Apasport.az xəbər ver ki, "sarı-lacivərdlilər" liqanın XII turu çərçivəsində "Adana Dəmirspor"un qonağı olub.
İsmail Kartalın yetirmələri matça sürətli başlasa da, oyun elə başladığı kimi də bitib: 0-0
Bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldən İstanbul təmsilçisi yenidən turnir cədvəlinin zirvəsinə qalxıb. Eyni xala sahib "Qalatasaray" ikinci pillədə qərarlaşıb. 3-cü yerdə rəqiblərini təqib edən "Adana Dəmirspor"un isə 22 xalı var.
Qeyd edək ki, turun "Beşiktaş" - "Başakşehir" matçında "qara qartallar" yeni baş məşqçisi ilə çıxdığı ilk oyundan qalib ayrılıb: 1-0. Dünən Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" isə evində "Qalatasaray"ı 2-1 hesabıyla məğlub etmişdi.