9 nömrə Levandovskiyə verildi
05.08.2022 - 15:15
9 nömrə Levandovskiyə verildi

“Barselona”nın yeni transferi Robert Levandovskinin forma nömrəsi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, polşalı forvard təqdimat mərasiminə 9 nömrəli formada çıxıb.

Bu isə o deməkdir ki, klub rəhbərliyi niderlandlı hücumçusu Memfis Depayı “9”u Levandovskiyə verməyə razı sala bilib. Hazırda “Nou Kamp”da 33 yaşlı yeni transferin təqdimat mərasimi keçirilir. Rəhbərlik Depayın klubdan ayrılmasını istəyir.

Qeyd edək ki, Robert Levandovski “Barselona”ya bu yay “Bavariya”dan keçib.

writer photo
Əlirza Əlirzalı
0