Klinsmannın favoritləri: DÇ-2022-yə PROQNOZ
19.08.2022 - 11:11
Klinsmannın favoritləri: DÇ-2022-yə PROQNOZ

Almaniya millisinin sabiq futbolçusu və baş məşqçisi Yurgen Klinsmann DÇ-2022 ilə bağlı proqnoz verib.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Qətərdəki mundialın favoritlərini açıqlayıb.

Klinsmann ilk dəfə ilin sonunda baş tutacaq yarışda cənubi amerikalıları daha şanslı hesab edir: “Düzünü deyim ki, favorit komandanı seçmək üçün hər bir yığmanın seçmə mərhələni necə keçdiyinə nəzər salmalı olduğumuzu düşünürəm. Buna görə də Argentina və Braziliya daha çox şansa malikdir. Bu komandalar çox motivasiyalıdır və Qətərdə çempionluq iddiasındadır. Aydındır ki, sonrakı sıralarda İngiltərə, İspaniya, Fransa, Almaniya və Portuqaliyadır. Amma şübhəsizdir ki, onlara cənubi amerikalıları udmaq çətin olacaq. İtaliya-1990-dan başlayan dövrdə Argentina iki dəfə dünya çempionu olmalı idi. Bunun Qətərdə baş verməsi mümkündür. Niyə də olmasın? Mən onların qalib gəlməsini istərdim. Xüsusilə də Lionel Messiyə görə. Milad bayramından əvvəl onun üçün daha yaxşı hədiyyə ola bilməz”.

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0