Yığmamız Afrika çempionatında iştirak edəcək
09.05.2023 - 11:54
Yığmamız Afrika çempionatında iştirak edəcək

Mayın 11-18-də tarixlərində Tunisin paytaxtı Tunisdə ağır atletika üzrə 33-cü Afrika çempionatı keçiriləcək. 

Apasport.az xəbər verir ki, bu yarışda Azərbaycan yığması da iştirak edəcəklər. 

Tunisdə körpücük üzərinə Nazilə İsmayılova (45 kq), İsa Rüstəmov (67 kq) və Ömər Cavadov (73 kq) çıxacaqlar. 

Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında məlum səbəblərdən iştirak edə bilməməsidir. Tunisdə təşkil olunacaq yarış da Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası bu təklifi qəbul edib. 

İrəvanda yarışa bilməyən idmançılarımız Tunisdə körpücük üzərinə çıxacaq və əldə etdikləri nəticələrə uyğun olaraq qazandıqları lisenziya xalları ümumi Olimpiya təsnifat sistemində qeydə alınacaqdır.

writer photo
Əlirza Əlirzalı
0